Bir şəxsə haqqı izah edə bilmirəmsə, ondan uzaq dura bilərəmmi?

    08.12.2018
Kimdən: 
Səbinə əliyeva
Sual: 
Salamualeykum biz iki elti bir evdə qalırıq və eltim sufi namazı qılır mən ona başa salmaqa calışanda özünü cöx bilmiş kimi qöstərir hansıki bəzi şeylərdə səf danışır səflərini düzəltməyə calışanda çənə deyir sən kəbə müşriki sən mən onu danıştırmıram cünki cox problemli bir inşandı uzaq olsun başım sakit olsun deyirəm mən düz edirəm
Cavab: 
Və aleykum Salam. Elmdə zəif olan müsəlman bacardığı qədər bidət əhlindən (dinə yenilik gətirənlərdən) uzaq durmağa çalışmalıdır, çünki o, bununla dinini və sağlam əqidəsini şübhəyə düşmək təhlükəsindən qorumuş olar. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) xeyirli bir dostun nə qədər faydalı olduğunu gözəl bir bənzətmə ilə izah edərək belə demişdir: "Yaxşı yoldaş xoş qoxulu ətir satana, pis yoldaş isə körükçüyə bənzəyir. Əttar ya gözəl ətrindən sənə verər, ya sən ondan pulla ətir alarsan, ya da gözəl ətrindən qoxularsan. Körükçü isə ya paltarını yandırar, ya da pis qoxusu ilə səni narahat edər". (əl-Buxari "Zəbaih", 31, "Buyu", 38; Muslim "Birr", 146).
İslam şəriəti bidət əhli ilə dini müzakirələrə yalnız dində sabit və elmdə qüvvətli olanlara icazə verir. Bir yerdə yaşamaq, işləmək, eyni sinifdə oxumaq və s. buna bənzər zəruri səbəblərə görə bidət əhli olan bir insandan uzaq durmaq mümkün olmadıqda isə çalışmaq lazımdır ki, onlarla bu mövzularda diskussiyaya girməyəsiniz. Həmçinin oxuyun:
Paylaş: