Rüşvət günah sayılırmı?

    25.11.2018
Kimdən: 
mömin
Sual: 
Salam.rüsvet günah sayilirmi? Ve rüsvetxorlari ceza gözleyir
Cavab: 
Və aleykum Salam. Rüşvət həm almaq, həm də rüşvət vermək böyük günahdır. Rüşvət haram yolla insanların mal-dövlətini mənimsəməkdir. Uca Allah buyurur: "Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin! Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!" (əl-Bəqərə, 188).
Belələri Rəsulullahın (salləllahu aleyhi və səlləm) şiddətli hədisinə daxil olur: "Rüşvət verən də, alan da Cəhənnəm odundadır". (ət-Tabərani "Mucəmul-Kəbir" kitabı).
Həmçinin Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) rüşvət alanı da, verəni də lənətləmişdir". (ət-Tirmizi, 1337; Əbu Davud, 3580).
Allah Rəsulu buyurmuşdur: "İçində rüşvət ortaya çıxan hər bir qövm, qorxu ilə müsibətə düçar edilir". (İmam Əhməd "Musnəd" kitabı).
Peyğəmbər demişdir: "Göndərdiyim bir məmura nə olur ki, "Bu sizin, bu da mənə hədiyə edildi" deyir? Atasının və ya anasının evində otursaydı görərdi ona hədiyə edilərdi, yoxsa yox? Nəfsim əlində olan Allaha and olsun ki, sizdən biriniz ondan bir şey alarsa, Qiyamət günü onu boynunda daşıyaraq gələr". (Səhih əl-Buxari; Səhih Muslim).
Paylaş: