Allah insanı sınağa çəkdikdən sonra ona gözəl həyat bəxş edir?

    06.12.2018
Sual: 
Allah insani heqiqeten siniyir ve sinadiqdan sonra daha gozel bir heyat bexs edir?
Cavab: 

Salam aleykum. Uca Allah mömin bəndələrini gözəl şəkildə sınaqdan keçirir və onları həm bu dünyada, həm də axirətdə mükafatlandırır. Uca Allah buyurur: "Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik". (əl-Ənbiya, 83-84).
"Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: "Şeytan mənə bəla və əzab toxundurmuşdur!" (Biz ona dedik): "Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!" Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini (yenidən) və üstəlik bir o qədər də (əlavə) (övlad) bəxş etdik. (Biz ona dedik:) "Əlinə bir dəstə (çubuq) götür və onunla (arvadını) vur. Andını pozma". Həqiqətən, Biz onu səbr edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı". (Sad, 41-44). Daha ətraflı:
Allah insanları hansı şəkildə imtahan edir?
Səbir edənlərə müjdə ver!

Paylaş: