Həcc ayinləri İslama qədər də var idi - əl-Maidə surəsi 2 - ci ayə

    30.10.2018
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحِلُّوا شَعَائِرَ اللَّهِ وَلَا الشَّهْرَ الْحَرَامَ وَلَا الْهَدْيَ وَلَا الْقَلَائِدَ وَلَا آمِّينَ الْبَيْتَ الْحَرَامَ يَبْتَغُونَ فَضْلًا مِنْ رَبِّهِمْ وَرِضْوَانًا وَإِذَا حَلَلْتُمْ فَاصْطَادُوا وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَنْ صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَنْ تَعْتَدُوا وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

 
“Ey iman gətirənlər! Allahın nişanələrinə, haram aylara, qurbanlıq heyvana, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, Rəbbinin lütfünü və razılığını diləyərək Beytulharama gələnlərə qarşı hörmətsizlik etməyi halal saymayın. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Məscidulharama daxil olmağa qoymayan camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir
 

عَنِ ابْنِ عَبَّاسٍ , قَوْلُهُ : {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لاَ تُحِلُّوا شَعَائِرَ اللَّهِ} قَالَ : كَانَ الْمُشْرِكُونَ يَحُجُّونَ الْبَيْتَ الْحَرَامَ , وَيُهْدُونَ الْهَدَايَا , وَيُعَظِّمُونَ حُرْمَةَ الْمَشَاعِرِ , وَيَتَّجِرُونَ فِي حَجِّهِمْ , فَأَرَادَ الْمُسْلِمُونَ أَنْ يُغِيرُوا عَلَيْهِمْ , فَقَالَ اللَّهُ عَزَّ وَجَلَّ : {لاَ تُحِلُّوا شَعَائِرَ اللَّهِ}.

 
İbn Abbas (Allah ondan razı olsun) “Ey iman gətirənlər! Allahın nişanələrinə…” ayəsi haqqında demişdir: “Müşriklər Beytul-Haramı həcc edirdilər; qurbanlıq heyvanlar gətirər, Allahın nişanələrinə hörmət edər, həcc əsnasında alış-veriş edərdilər. Müsəlmanlar da onların bu etdiklərini dəyişdirmək istədilər. Bu səbəblə Uca Allah buyurdu: “Ey iman gətirənlər! Allahın nişanələrinə, haram aylara, qurbanlıq heyvana, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, Rəbbinin lütfünü və razılığını diləyərək Beytulharama gələnlərə qarşı hörmətsizlik etməyi halal saymayın…” (əl-Maidə, 2)”.
 
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 11005; əş-Şəukani “Fəthul-Qadir” 2/263; əs-Suyuti “Durrul-Mənsur” 5/164. Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişlər.