Sədəqə və zəkat haqqında

    21.03.2014
Sual: 
Salam aleykum. Mən bilmək istərdim ki, sədəqə kimlərə düşür və kimlər sədəqə verə bilər? Birdə zəhmət olmasa sədəqə ilə zəkatın fərqlərini izah edərdiz.
Cavab: 

Aleykum salam. Sədəqə ehtiyacı olan miskin insanlara verilir və bunun üçün müəyyən vaxt yoxdur, istədiyiniz vaxt sədəqə verə bilərsiniz. Sədəqəni əsasən imkanı olan verir. Zəkat isə ildə bir dəfə verilir. Zəkat hər gün verə bilmərsiniz. Belə ki, zəkat vermək üçün sizin müəyyən miqdarda mal-dövlətiniz olmalıdır və bunun üzərindən bir il keçdikdən sonra zəkat verilir. Zəkat haqqında daha ətraflı Zəkat məqaləsini oxuya bilərsiniz.

Teqlər: 
Paylaş: