Mömini qəsdən öldürən haqda - ən-Nisa surəsi 93 - cü ayə

    12.11.2018
وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا

 
“Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar”
 

أَخْبَرَهُ عَنْ زَيْدِ بن ثَابِتٍ ، قَالَ : لَمَّا نَزَلَتْ هَذِهِ الآيَةُ الَّتِي فِي الْفُرْقَانِ {وَالَّذِينَ لا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلا بِالْحَقِّ} عَجِبْنَا لِلِينِهَا فَلَبِثْنَا سَبْعَةَ أَشْهُرٍ ثُمَّ نَزَلَتِ الَّتِي فِي النِّسَاءِ {وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ}  حَتَّى فَرَغَ .

 
Rəvayət edilir ki, Zeyd ibn Sabit (Allah ondan razı olsun) demişdir: “əl-Furqan surəsində olan bu ayə “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz… (əl-Furqan, 68) nazil olduqda, biz o ayədəki hökmün yumşaqlığına təəcübləndik. Biz yeddi ay beləcə qaldıqdan sonra ən-Nisa surəsindəki: Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər… (ən-Nisa, 93) ayəsi nazil oldu”.
 
ət-Tabərani “Mucəmul-Kəbir” 4736; əs-Suyuti “Durrul-Mənsur” 4/597; ən-Nəhhas “ən-Nasix vəl-Mənsux” 106. Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.