Dünyasını dəyişmiş insana haqqımızı halal etsək, sayılırmı?

    02.01.2019
Kimdən: 
Jaja
Sual: 
Salam. Men bilmek isterdim. Biri dunyasin deyisende. Molla deyirki haqqinizi halal edin. Bizde halal edirik. Ama hemin insan artiq ölub. Halal etdiyimiz ona sayilir ? Ve birdeki men valideynime haqqini halal et deyende o pis basa dusur. Deyir hele ölmemisem. Yeniki halalliq almaq cetindi mene. Birden o ölse ve men halalliq ala bilmemis olsam. Nece olacaq ? 2ci sualim beledir. Iphone telefonunun isaresi deyirlerki dislenmis alma yeni seytanliqla bagli bir seydi. Yeni iphone telefonu isletmek seytana qulluq etmek kimi sayilir ? O telefondan almaq olmaz ?
Cavab: 

Və aleykum Salam.
1. Qurana və səhih hədislərə əsasən cənazənin basdırılması, cənazə namazının qılınması və s. məsələlər üçün mollaya ehtiyac yoxdur, bunları dünyasını dəyişmiş şəxsin yaxınları etməlidirlər. Molla məfhumu islama sonradan salınan bidətlərdəndir (yeniliklərdəndir). Haqqı halal etməyə gəldikdə isə, əgər vəfat edən şəxsin üzərində sizin haqqınız varsa, hətta o dünyasını dəyişdikdən sonra belə haqqınızı ona halal edə bilərsiniz. Bəzi, insanların onlardan halallıq istəyəndə bunu pis başa düşmələri isə onların dini məlumatsızlığından irəli gəlir. Odur ki, belə olan halda onlara gözəl şəkildə haqqı halal etməyin nə olduğunu və islamın gözəlliklərini başa salmaq lazımdır. Halallaşmaq isə yalnız kiminsə haqqına girdikdə olur. Haqqa girilmədiyi təqdirdə hətta validyen olsa belə kiminləsə halallaşmağa ehtiyac yoxdur. Əgər kiminsə haqqına girdikdən sonra həmin adamdan halallıq almadan o, dünyasını dəyişərsə, həmin adam üçün Allaha dua etməklə, barəsində gözəl danışmaqla, onun adından sədəqə verməklə və s. bu kimi xeyirxah əməllərlə onun haqqını ödəmək olar. Daha ətraflı:
Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?
Halallıq nə zaman alınır?
Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?
 2. Qeyd etdiyiniz məsələ ilə bağlı hər hansı bir məlumatımız yoxdur. Hətta sizin dediyiniz kimi olsa belə, bu, şeytana xidmət etmək sayılmır və həmin cihazdan istifadə etməyi qadağan etmir.

Paylaş: