Darul-Küfr nə deməkdir?

    25.01.2019
Kimdən: 
Muhamməd Cələbi
Sual: 
Əssələmun aleykum va rahmatullahi va barakatuhu.Bir sualım var sizə mümkünsə cavablandırın.Sualım bələdir,Darul küfür nədi onun haqqında məlumat almaq istəyirəm inşaAllah.Əssələmun aleykum
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi və bərakutuhu. İslama görə ölkələr Darul-İslam (İslam diyarı) və Darul-Küfr (küfr diyarı) olmaqla iki yerə ayrılır. Hər hansı bir ölkədə əhalinin əksəriyyətini müsəlmanlar təşkil edirsə, orada İslamın şüarları izhar olunursa (məscidlərdə azan verilməsi, cümə namazı qılınması və s.) bu halda hətta şəriət qanunları ilə idarə edilməsə belə, o ölkə Darul-İslam, yəni müsəlman ölkəsi sayılır. Bəziləri deyir ki, yalnız şəriət qanunları ilə idarə olunan ölkə müsəlman ölkəsi sayılır, bu doğru deyil. Bir ölkənin müsəlman ölkəsi adlanması onun necə idarə olunmasından yox, əhalisindən asılıdır. Əhalisinin əksəriyyətini kafirlər təşkil edən ölkələr isə Darul-Küfr adlanır.
Paylaş: