Hər namazdan sonra 10 salavat deyənin mələklərdən üstün olması ilə bağlı hədis varmı?

    04.02.2019
Sual: 
Salam men bele bir hədis esitmisem.Her vacib namazdan sonra peygembere 10 salavat deyenin,namazi qebul olar.Və onun bu namazi ademe secde eden meleklerden ustun meqam biler.ve bir melek ne hacetin var iste qebul olar deyer.bu hedis sehihdirmi.?salavatin fezileti ile baglı sehih hedisler deye bilersiz?
Cavab: 
Və aleykum Salam. Peyğəmbərə salavat gətirmək fəzilətli və savabı böyük olan əməllərdən olsa da, qeyd etdiyiniz şəkildə Allah Rəsulundan heç bir səhih hədis gəlməyib. Həmçinin fərz namazlarından sonra edilən zikrlərin arasında da on dəfə salavat gətirmək qeyd olunmayıb. Bununla belə Sübh namazından sonra və Məğrib (günbatan) namazından yarım saat əvvəl səhər-axşam zikrləri edərkən Peyğəmbərə (salləllahu aleyhi və alə əlihi səlləm) on dəfə salavat gətirmək yaxşıdır. Peyğəmbərimiz (salləllahu aleyhi və alə əlihi səlləm) buyurub: "Kim səhər on dəfə, axşam da on dəfə mənə salavat gətirər­sə, (Allahım! Peyğəmbərimiz Muhəmmədə salavat və salam yetir!) Qiyamət günü şəfaətim ona çatar". 
Həmçinin, gün ərzində və xüsusilə cümə günü çoxlu salavat gətirmək böyük savabdır. Daha ətraflı:
Paylaş: