Bir insanı lənətləyib sonra peşman oldum, nə edim?

    27.02.2019
Kimdən: 
..
Sual: 
salam aleykum, lenet haqqinda soruwmaq isteyirdim, bir insan mene pislik etdiyine gore mende buna sebeb olanlara lenet olsun dedim ama sora cox pewman oldum halalliqda aldim tovbe etdim ama lenetin ne oldugunu bildiyime gore cox qorxuram, ne edim?
Cavab: 
Və aleykum Salam. Əgər halallaşmısınızsa, narahat olmağa bir səbəb yoxdur. Əsas odur ki, eyni xətanı bir daha təkrarlamayın. Müsəlman bəddua və lənət edən olmamalı, əksinə daima xeyir dua edən olmağa çalışmalıdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər". (Əbu Davud, 4/327).
Həmçinin demişdir: "Mömin nə tənə vuran, nə lənət oxuyan, nə ədəbsiz, nə də təhqir edən deyildir". (əl-Buxari "Ədəbul-Mufrad", 312). Daha ətraflı:
Paylaş: