Bahalı telefon almaq olarmı?

    20.02.2019
Kimdən: 
xedice
Sual: 
salam aleykum. bahali telefon almaq olarmi? iphone kimi meselen? Allah razi olsun
Cavab: 
Və aleykum Salam. Əgər bunu israfçılıq baxımından soruşursunuzsa, ümumən Uca Allah israfı pisləmişdir: "Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir". (əl-Əraf, 31).
Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "İsraf və təkəbbürlük qarışmadıqca yeyin, için, sədəqə verin və geyinin". (İbn Məcəh, 9/385).
Lakin, israf nisbi bir şey olduğu üçün şəxsdən şəxsə dəyişən məsələdir. Bir adam üçün israf sayılan şey ola bilsin ki, digəri üçün israf sayılmasın. Yaxud hər hansı bir ölkə üçün israf sayılan şey başqa bir ölkə, yer üçün israf sayılmasın. Odur ki, bahalı telefon almaq insana zərər verməzsə, bu, onun üçün israf sayılmaz. Bu əşyanı almaq üçün insanın imkanı olmalı, buna görə borca-xərcə düşməməli, bahalı telefon alması onun himayəsində olanların (ailə, uşaq və s.) dolanışğına zərər gətirməməli, təkəbbürlük niyyəti ilə olmamalı, bununla həddi aşmamalıdır.
Teqlər: 
Paylaş: