Sürücülük vəsiqəsi imtahanından keçə bilmədikdə rüşvət vermək olarmı?

    01.04.2019
Kimdən: 
Sənan
Sual: 
Salam Aleykum Prava almag istəyirəm işə göre ,hazırlaşdım ama kesildim imtahanan belə işədə duzəlməy ucun verməy olmaz?
Cavab: 
Və aleykum Salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) rüşvət alanı da, verəni də lənətləmişdir. (Sunən ət-Tirmizi və Sunən Əbu Davud). Daha yaxşı hazırlaşaraq imtahanı yenidən verməyə çalışın. Rüşvət vermək yalnız haqqınız çatan şeyi başqa cür əldə edə bilmədiyiniz halda günah sayılmır. Siz həqiqətən də imtahana yaxşı hazırlaşdığnız halda, sizi qəsdən imtahandan kəsirlərsə, bu zaman başqa yol olmadığı üçün rüşvət vermək günah sayılmır. Siz isə imtahana pis hazırlaşdığınız üçün keçə bilməmisiniz, ona görə də rüşvət vermək günahdır. Daha ətraflı:
Paylaş: