Topaz oynamaq günahdırmı?

    24.03.2014
Sual: 
Salam aleykum. Topaz oynamaq gunahdirmi? Eger gunahdirsa o gunahi nece yumaq olar?
Cavab: 

Aleykum salam. Top Az oynamaq qumar sayıldığına görə günahdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91).
Bunun günahını yumaq üçün Uca Allaha səmimi qəlbdən tövbə etmək lazımdır. Əgər səmimi qəlbdən tövbə edilsə, inşallah Allah Təala bağışlayar və insan o günahı etməmiş kimi sayılar. Uca Allah buyurur: "Qullarıma Mənim Bu Sözümü de: Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir! Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz." (əz-Zumər, 53-54).
"Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!". (əl-Bəqərə, 160).

Teqlər: 
Paylaş: