Nənəmin niyyət etdiyi qurbanı mən kəsə bilərəmmi?

    28.04.2019
Kimdən: 
Aysel
Sual: 
Salam. Nənəm qardaşım doğulanda qurban kəsməyi niyyət edib amma 33 il keçib kəsməyib. Mən kəsə bilərəmmi?
Cavab: 

Və aleykum Salam. İslamda mütləqdir ki, imkan daxilində Allah qarşısında itaət və günah olmayan bir məsələ üçün nəzir və ya niyyət qismində verilən söz yerinə yetirilsin. Nənəniz də qardaşınız doğulanda dediyi qurbanı kəsənə qədər bu, onun üzərində vacibdir. Uca Allah buyurur: "Sözsüz ki, itaətkarlar kafur qatılmış badələrdən nuş edəcəklər. (Bu elə) bir bulaqdır ki, Allahın qulları ondan içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər. Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar". (əl-İnsan, 5-9).

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allaha itaət etməyi nə­zir etmişsə, qoy Ona itaət etsin. Kim Ona asi olmağı nəzir etmişsə, Ona asi ol­masın". (Səhih əl-Buxari, 6696). 

Əgər nənəniz sağdırsa və imkanı varsa onun malından götürüb onun adından bu qurban kəsilməlidir. Əgər vəfat edibsə və miras buraxdığı malı varsa, ondan götürüb qurban onun adından niyyət etdiyi qurban kəslilməlidir. Əgər nə imkanı nə malı, nə də mirası yoxdursa, onda nənənizin yaxınlardan birinin onun adından niyyət etdiyi qurbanı kəsməsi müstəhəbdir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Sə'd ibn Ubadə (Allah ondan razı olsun) Peyğəmbərə (salləllahu aleyhi və səlləm) sual verib fətva aldı: Allah Rəsuluna belə dedi: "Ey Allahın Elçisi! Mənim anam vəfat edib və üzərində də yerinə yetirə bilmədiyi bir nəziri qalıb. Mən onu nə edim? Peyğəmbər dedi: Sənin onun adından qəza et. Yəni, ananın əvəzinə yerinə yetir, o nəziri ödə!" (Səhih əl-Buxari, 2761, Səhih Muslim, 1638).

İslam alimləri bu hədisi şərh edərkən demişdirlər ki, insanın imkanı olmadıqda və ya ölüm səbəbi ilə dediyi nəziri yerinə yetirə bilmədikdə, onun yaxınları onun əvəzinə nəziri yerinə yetirə bilərlər. Həmçinin oxuyun:

Niyyət edib qurban kəsmək olarmı?

İslam fiqhi: Nəzir və and bölümü

Dünyadan köçmüş anamın əvəzinə mən qurban kəsə bilərəmmi?

Paylaş: