Dinimizə görə müalicə məqsədilə ud hindi bitkisi necə istifadə olunur?

    28.04.2019
Sual: 
Əssələmu aleykum. Ud hindi istifadə etmək sünnədirmi? Dəlili nədir? Və sünnəyə uyğun istifadə qaydası nədir?
Cavab: 
Və aleykum Salam. Müsəlmanın öz sağlamlığını qoruması üçün Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) tövsiyə etdiyi şəfa qaynaqlarından biri  də "Ud hindi" bitkisidir. Bu bitkinin əsasən kökü, zoğu və budaqlarından şəfa üçün istifadə olunur. Ən məşhur olan növü də Hindistanda yetişənidir. Hədislərdə də hind budağı adı ilə keçməkdədir.
Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) demişdir: "Ən yaxşı müalicə yolu qan aldırmaqla və ud hindidən istifadə etməklə olur". (Səhih əl-Buxari "Tibb" kitabı, Səhih Muslim).
Digər bir hədisdə isə belə buyurulmuşdur: "Çənə altı vəzilərdən xilas olmaq üçün basaraq uşaqlarınıza əziyyət verməyin. Ud hindidən istifadə edin". (Səhih əl-Buxari "Tibb" kitabı).
Allah Elçisi buyurmuşdur: "Ud hindi"-dən istifadə edin! Ondan şəfa ücün yeddi yoldan istifadə olunur. Çənə altı vəzilərdən xilas olmaq üçün buruna çəkilir və ağız vasitəsi ilə qədul olunur". (Səhih əl-Buxari və Səhih Muslim).
Peyğəmbər "Ud Hindi"-nin mahiyyətini digər hədislərdə olduğu kimi burada da qısa, çoxmənalı və hikmətli şəkildə bəyan etmişdir. İbn Həcər (Allah ona rəhmət etsin) "Fəthul-Bari" kitabında hədisdə keçən "yeddi yolu" ifadəsini belə izah edir. Hədisdə "yeddi yol" qeyd dildiyi halda iki yolun ərz olunmasının hikməti qalan yeddi yolun bu iki yoldan şaxələnməsi ola bilər. Hədisdəki "yeddi yol" ifadəsini Peyğəmbər 2 yolla qısaltmışdır. Yəni, o "yeddi yol" bu iki yolda cəm olur. Sonra isə bu açıqlamanı vermişdir;
Su ilə qarışdırılıb (dəmlənilib) içilir.
Ağızın sağ və sol nahiyələri istiqamətinə qoyularaq qəbul olunur.
Burun vastəsilə qəbul olunur, (müasir tibb elmi zeytun yağı ilə qarışdırılmış, yaxud da dəmlənmiş halda buruna damcılandırılması fərziyyəsini irəli sürür).
Dəri xəstəlikləri üçün: zeytun yağında 15 gün saxladılıb dəriyə sürtülür.
Balla qarışdırılıb dəriyə sürtülür.
Su ilə qarışdırılıb çimilir.
"Ud Hindi"-nin üyüdülmüş formasını bir cay qaşığı miqdarında bir stəkan suya qarışdırıb və ya dəmlənərək içilir. Bu, ən geniş və ən faydalı yayılmış istifadə üslubudur ki, bu yolla bir çox xəstəliklərin müalicəsinə faydalı olur.
Hədisdə keçən "yuləddu bihi zəti cənbin" ifadəsi, ağızın sağ və ya sol boşluğu nahiyəsinə qoyularaq qəbul olununmasını bildirir. (Mənbə: İbn əl-Qeyyim "Zadul-Məad" kitabı, İbn Sina "Biokrat").
Paylaş: