Bəlam haqda nazil oan ayə - əl-Əraf surəsi 175 – 177 - ci ayələr

    03.02.2019
وَاتْلُ عَلَيْهِمْ نَبَأَ الَّذِي آتَيْنَاهُ آيَاتِنَا فَانْسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ الشَّيْطَانُ فَكَانَ مِنَ الْغَاوِينَ * وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا وَلَكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ وَاتَّبَعَ هَوَاهُ فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ إِنْ تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَثْ ذَلِكَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ * سَاءَ مَثَلًا الْقَوْمُ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَأَنْفُسَهُمْ كَانُوا يَظْلِمُونَ

 
“Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu. Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bənzəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları onlara danış ki, bəlkə fikirləşələr. Ayələrimizi yalan sayıb özlərinə zülm edən adamlar barəsindəki məsəl necə də pisdir!”
 

عَنْ عَبْدِ اللَّهِ، "وَاتْلُ عَلَيْهِمْ نَبَأَ الَّذِي آتَيْنَاهُ آيَاتِنَا"، قَالَ:"هُوَ بَلْعَمُ وَيُقَالَ بَلْعَامُ".

 
Abdullah İbn Məsud (Allah ondan razı olsun) “Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu…” (əl-Əraf, 175) ayəsi haqqında demişdir: “Bu, Bəlam adlı şəxs haqqındadır, ona Bəlaam da deyirlər”.
 
ət-Tabərani “Mucəmul-Kəbir” 8966, 9064; əl-Hakim, 3258; ən-Nəsai “Sunənul-Kubra” 11129, 11193. Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.
 
Bəlam İsrail övladlarının arasında mömin insan olmuş, sonra isə doğru yoldan azmışdır.