Münafiq nə deməkdir?

    26.03.2014
Sual: 
Salam aleykum. Munafiq sozunun menasi nedir? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Münafiq sözünün mənası "iki üzlü"  deməkdir. Münafiq qəlbində, yəni daxilən haqqa inanmır, amma zahirdə, yəni üzdə özünü Uca Allaha inanan kimi göstərib ikiüzlülük edir. Qurani Kərimdə münafiqlər haqqında surə vardır. Uca Allah buyurur: "(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: "Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir". (əl-Munafiqun, 1).
Bu ayədə münafiqlər həqiqətə şahidlik etdikləri halda Allah onları yalançı adlandırmışdır, çünki onlar bunu yalandan edirdilər. 

Teqlər: 
Paylaş: