Naşükürlük etdikdən sonra peşman olub tövbə etmək haqqında

    14.05.2019
Sual: 
Salam. Men imtahana hazirlaşirdim ve dua eleyirdim ki cox bal yiğam. Ama balim biraz az oldu. Bilende cox agladim. Ve naşukurluk eledim. Dedim ay Allah niye bele eledin falan. Ama sonra cox peşman oldum ele demek olmaz idi gunahdi. Men dua eledim ki Allahim bir de naşukurluk elemeyecem ne olsa şukur deyecem, ve birde niye bele oldu flan işim demeyecem Heqiqeten peşman olub dua elemişdim, Allahdan bagişlanmami diledim. Duz mu eledim?
Cavab: 
Və aleykum Salam. Bəli, Uca Allaha naşükürlük etdikdən sonra tövbə etmək vacibdir. İstədiyiniz şeyə nail ola bilmədikdə səbr edin, Allahdan daha xeyirlisini istəyin, əlinizdə olan şeylərə görə şükr edin və çalışmağa davam edin. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Aza şükr etməyən çoxa da şükr etməz. İnsanlara təşəkkür etməyən, Allaha da şükr etməz. Allahın nemətləri haqda danışmaq şükr, danışmamaq isə nankorluqdur. Toplu (camaat) halında olmaq mərhəmət, ayrılıq (firqələnmək) isə əzabdır". (Sunən ət-Tirmizi).
Uca Allah buyurur: "Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir". (İbrahim, 7). Həmçinin oxuyun:
Paylaş: