Peyğəmbərlərin cəsədləri çürüyür?

    26.03.2014
Sual: 
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu. Bir sual meni chox maraqlandirir. Allahin izni ile buna hech shubhe etmeden inaniram. Amma yene de bilib emin olmaq isterdim. Inidiye kimi yashamish ve rehmete getmish butun peygemberlerin cisimleri churumur? Yeni onlar nece defn ediliblerse, elede qaliblar, yoxsa churuyurler? Hemchinin bizim peygemberimiz Muhemmedin (sallallahu aleyhi va sellem) de cesedi churumur? Chox xahiş edirem ki, bu barede etrafli melumat vererdiniz. Evvelceden teshekkur edirem.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Səhih hədislərdən bizə məlumdur ki, öldükdən sonra peyğəmbərlərin (Onlara Allahın salamı olsun) cəsədləri çürümür və torpağa qarışmır. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "Peyğəmbərlərin çəsədi çürüməz və torpaq onları yeməz".
Digər hədisdə isə Peyğəmbər (sallallahu aleyhi va səlləm)  belə demişdir: "Şübhəsiz, Allah Təala peyğəmbərlərin cəsədlərinin çürüməsini torpağa haram etmişdir". (Sunən İbn Macə).
Həmçinin, Аllаhın Rəsulu (sallallahu aleyhi va səlləm) demişdir: "Аllаh bizim bədənlərimizi yerə hаrаm etmişdir. Heç vаxt yer bizim ətimizdən nəsə yeyə bilməz".

Teqlər: 
Paylaş: