Cinlər haqda bir neçə suallar

    03.08.2019
Sual: 
Salam. Sualım cinlər haqqındadır: 1)Cinlər harada yaşayır? 2)Nə ilə qidalanır? 3)Tez-tez zikr edilirsə, evdə (xüsusilə hamamda )ola bilərmi? 4)İnsanın gözünə görünə bilərmi? 5)İnsana zərər verə bilərmi? Zəhmət olmasa, bütün sualları cavablandırın. Öncədən təşəkkür edirəm.
Cavab: 
Və aleykum Salam. Cinlər də insanlar kimi Yer kürəsində yaşayırlar. Cinlərin insandan fərqli cəhətləri isə olduqca çoxdur. Onlar tüstüsüz oddan yaradılmışlar. Onlar insanlar üçün gözə görünməzdirlər və onların da insanlar kimi kafiri və müsəlmanı olur. Onlar bəzən insanın bədəninə daxil ola bilir və Allahın adının zikr edildiyi evlərdən qaçırlar. Həmçinin, onlardan ayaqyolu və hamamlarda yaşayanlar vardır. Onlar heyvanın təzəyi və sümüklə qidalanırlar. Daha ətraflı:

Teqlər: 
Paylaş: