Başqa kişi ilə yazışaraq ona şəklini göndərən ərli qadın necə tövbə etsin?

    18.05.2019
Kimdən: 
Teymur
Sual: 
Salam aleykum. Menim tanisim var evli qadindir. O basqa kisi ile yazisib ve ona sekil atib. Bu etdiyi emelden pesmandir. Bu halda o qadin ne etmelidir? Erine bu etdiyi gunahi aca bilermi? Nece bu gunahin telafi ede biler? Cox vicdan ezabi cekir..
Cavab: 
Və aleykum Salam. Şübhə yoxdur ki, naməhrəmlə danışmaq, əlaqə saxlamaq günahdır və zinaya aparan bir yoldur. Lakin istənilən halda belə bir əməli edən qadın əməlindən peşman olaraq səmimi qəlbdən tövbə etsə, Allahdan bağışlanma diləsə və bir daha belə bir şey etməyəcəyinə dair qəti qərar versə, əməlini ərindən gizlədə bilər. Ümumiyyətlə müsəlman həm başqalarının, həm də özünün günahlarını gizlətməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Allahın qadağan etdiyi iyrənc şeylərdən uzaq durun. Kim bu qəbildən olan bir (günah) işlərsə, qoy bunu Allahın örtməsi ilə örtsün". (Hədis səhihdir. əl-Beyhaqi).
Həmçinin demişdir: "Allah bu dünyada hansı qulunun (günahını) örtərsə, qiyamət günü də onun (günahını) örtər". (Səhih Muslim, 2590). Həmçinin oxuyun:
Paylaş: