İnternet saytlarından icazəsiz şəkil yükləmək olarmı?

    20.07.2019
Kimdən: 
Vidadi Məmmədli
Sual: 
Google dən icazəsiz şəkil yükləmək olarmı?
Cavab: 

Salam aleykum. Axtarış sistemlərində tapılan saytlardakı şəkillərin müəllif hüquqları müxtəlif cür ola bilər. Bəzi saytlar şəklin icazəsiz istifadəsini qadağan edir, bəziləri müəllifə istinad (link) göstərəcəyiniz təqdirdə, bəziləri isə heç bir şərt qoymadan icazə verir. Ona görə də şəkli yükləmədən bu məsələni araşdırmaq lazımdır. Əgər icazənin verilib verilmədiyini tapa bilməsəniz, çəkinmək daha yaxşıdır. Pulsuz və heç bir şərt qoymadan şəkillər təqdim edən bir çox saytlar var, onlardan istifadə edə bilərsiniz. Unutmayın ki, şəkillər özündə haram, günah olan şeyləri əks etdirməməlidir.

Paylaş: