Bir insanın digərinə gözü necə dəyə bilər?

    03.08.2019
Kimdən: 
Nnnn
Sual: 
Salam.1)Sualim gozdeyme haqqindadir.Bir adamin basqa adama gozu nece deye biler.Yeni Allahin yaratdigi Allahdan daha gucludur? 2)bir misal vermek isterdim.Men telebeyem zerbeci olub 96 manat spendiya alirdim.Camaat o qeder dediki, yaxsidida, yaxsi alirsan, bele paxillanirdilar.Bundan sonra men zerbeci ola bikmedim.Ne qeder eledim bir fenni oxuya bilmedim.İndi bu gozdeymedenmi?
Cavab: 
Və aleykum Salam. Peyğəmbərimiz səhih hədislərdə gözdəymənin haqq olduğunu bizə xəbər verərək demişdir: "Göz dəyməsi (nəzər) haqdır və insanı məzara, dəvəni qazana salar". (əl-Acluni "Kəşful-Xafa", 2/76).
Gözdəymənin necə baş verdiyinə gəlincə, bu haqda şəriətimizdə hər hansı bir məlumat bildirilməmişdir. Səhih hədislərdə bir insanın digərində gördüyü bir nemətdən xoşu gəlməsi və ya onun barəsində danışması zamanı baş verdiyi xəbər verilir. Bu məsələdə baxanın pis niyyətli olması şərt deyildir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Biriniz qardaşında, yaxud özündə, ya­xud da malında xoşuna gələn bir şey görsə, onun üçün bərəkət diləsin ("Allah bərəkət versin" və ya "Allah bərəkətli etsin" desin)! Çünki gözdəymə həqiqətdir!" (İbn Məcəh, 3509).
Gözdəymə Allahın izni ilə baş verir. Ondan qorunmaq üçün şəriətimizin buyurduğu səbəblərdən istifadə edərək Allaha sığınmaq lazımdır. Bunun üçün əl-Fələq və ən-Nas surələrini oxumaq məsləhətdir. Daha ətraflı:
Teqlər: 
Paylaş: