əl-Ənfal surəsi 19 - cu ayə

    10.04.2019
إِنْ تَسْتَفْتِحُوا فَقَدْ جَاءَكُمُ الْفَتْحُ وَإِنْ تَنْتَهُوا فَهُوَ خَيْرٌ لَكُمْ وَإِنْ تَعُودُوا نَعُدْ وَلَنْ تُغْنِيَ عَنْكُمْ فِئَتُكُمْ شَيْئًا وَلَوْ كَثُرَتْ وَأَنَّ اللَّهَ مَعَ الْمُؤْمِنِينَ

 
Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xeyirli olar. Yox əgər qayıtsanız (möminlərə qarşı vuruşsanız), Biz də qayıdarıq (sizi yenə məğlub edərik). Dəstəniz nə qədər çox olsa da, bu sizi heç bir şeydən qurtara bilməz. Şübhəsiz ki, Allah möminlərlədir
 

عَنْ عَبْدِ اللَّهِ بْنِ ثَعْلَبَةَ بْنِ صُعَيْرٍ قَالَ : كَانَ الْمُسْتَفْتِحُ يَوْمَ بَدْرٍ أَبَا جَهْلٍ قَالَ : اللَّهُمَّ أَقْطَعنا لِلرَّحِمِ ، وَآتَانَا بِمَا لاَ نَعْرِفُ ، فَأَحِنْهُ الْغَدَاةَ ، فَأَنْزَلَ اللَّهُ : {إِنْ تَسْتَفْتِحُوا فَقَدْ جَاءَكُمُ الْفَتْحُ}.

 
Rəvayət edilir ki, Abdullah ibn Sələbə ibn Suayr demişdir: “Bədr döyüşündən əvvəl Əbu Cəhl dedi: “Allahım! O (Peyğəmbər – sallallahu aleyhi və səlləm), bizi qohum-əqrə­ba­mızla düş­mən etdi, bizə dədə-babalarımızın bilmədiyi bir şeyi gətirdi. Sa­bah onu məhv et!” Uca Allah da bu ayəni nazil etdi: Əgər siz kafirlər ədalətli hökm diləyirsinizsə, artıq sizə hökm gəlmişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xeyirli olar…” (əl-Ənfal, 19)”.
 
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 15847, 15923; ən-Nəsəi “Sunənul-Kubra” 11137, 11201. əl-Hakim, əz-Zəhəbi, Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.