Yusuf surəsi 1 – 3 – cü ayələr

    22.04.2019
الر تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ * إِنَّا أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ * نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَذَا الْقُرْآنَ وَإِنْ كُنْتَ مِنْ قَبْلِهِ لَمِنَ الْغَافِلِينَ

 
Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitabın ayələridir. Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz. Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin”
 

عَنْ سَعْدٍ ، قَالَ : أُنْزِلَ عَلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْقُرْآنُ ، قَالَ : فَتَلاَهُ عَلَيْهِمْ زَمَانًا ، فَقَالُوا : يَا رَسُولَ اللَّهِ ، لَوْ قَصَصْتَ عَلَيْنَا فَأَنْزَلَ اللَّهُ : {الر تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ} إِلَى قَوْلِهِ : {لَعَلَّكُمْ تَعْقِلُونَ} الآيَةَ . قَالَ : ثُمَّ تَلاَهُ عَلَيْهِمْ زَمَانًا ، فَقَالُوا : يَا رَسُولَ اللَّهِ لَوْ حَدَّثْتَنَا فَأَنْزَلَ اللَّهُ تَعَالَى . {اللَّهُ نَزَّلَ أَحْسَنَ الْحَدِيثِ كِتَابًا مُتَشَابِهًا}.

 
Rəvayət edilir ki, Səd (Allah ondan razı olsun) demişdir: “Peyğəmbərə - sallallahu aleyhi və səlləm - Quran ayələri nazil edildi. O, bu ayələri uzun müddət oxudu və səhabələr: “Ey Allahın Elçisi! Bizə bir qissə (olmuş əhvalat) danış”- deyə ona müraciət etdilər və Allah da bu ayələri nazil etdi: Əlif. Ləm. Ra. Bu, açıq-aydın Kitabın ayələridir. Həqiqətən, Biz onu ərəbcə Quran olaraq nazil etdik ki, başa düşə biləsiniz” (Yusuf, 1-2). O, bu ayələri də bir müddət oxuduqdan sonra səhabələr yenə: “Ey Allahın Elçisi! Bizə bir qissə danış”- deyə ona müraciət etdilər və Uca Allah bu ayəni nazil etdi: “Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz” (əz-Zumər, 23)”.
 
ət-Tabəri “Cəmiul-Bəyən” 18776, 18861; İbn Əbu Hatim “Təfsir” 11323; əl-Hakim, 3319. əl-Hakim, əz-Zəhəbi, Muqbil, Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.