ən-Nəhl surəsi 126 – 128 - ci ayələr

    24.04.2019
وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا بِمِثْلِ مَا عُوقِبْتُمْ بِهِ وَلَئِنْ صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِلصَّابِرِينَ * وَاصْبِرْ وَمَا صَبْرُكَ إِلَّا بِاللَّهِ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُ فِي ضَيْقٍ مِمَّا يَمْكُرُونَ * إِنَّ اللَّهَ مَعَ الَّذِينَ اتَّقَوْا وَالَّذِينَ هُمْ مُحْسِنُونَ

   
“Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir. Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir”
 

حَدَّثَنِي أُبَيُّ بْنُ كَعْبٍ ، قَالَ : لَمَّا كَانَ يَوْمُ أُحُدٍ أُصِيبَ مِنَ الأَنْصَارِ أَرْبَعَةٌ وَسِتُّونَ رَجُلاً ، وَمِنَ الْمُهَاجِرِينَ سِتَّةٌ مِنْهُمْ حَمْزَةُ ، فَمَثَّلُوا بِهِمْ ، فَقَالَتِ الأَنْصَارُ : لَئِنْ أَصَبْنَا مِنْهُمْ يَوْمًا مِثْلَ هَذَا لَنُرْبِيَنَّ عَلَيْهِمْ قَالَ : فَلَمَّا كَانَ يَوْمُ فَتْحِ مَكَّةَ ، فَأَنْزَلَ اللَّهُ تَعَالَى {وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا بِمِثْلِ مَا عُوقِبْتُمْ بِهِ وَلَئِنْ صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِلصَّابِرِينَ} فَقَالَ رَجُلٌ : لاَ قُرَيْشَ بَعْدَ اليَوْمِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : كُفُّوا عَنِ القَوْمِ إِلاَّ أَرْبَعَةً.

 
Rəvayət edilir ki, Ubey ibn Kəb (Allah ondan razı olsun) demişdir: “Uhud döyüşündə ənsarlardan altmış dörd, mühacirlərdən isə altı kişi şəhid oldu. Onlardan biri də Həmzə idi. Müşriklər onların cəsədlərini eybəcər hala saldıqları üçün ənsarlar: "Əgər bir də onlarla döyüşsək, mütləq ikiqat əvəzini çıxacağıq"- dedilər və Məkkə­nin fəthi günü Uca Allah bu ayəni nazil etdi: “Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir” (ən-Nəhl, 126). Bir kişi dedi: “Bu gündən Qüreyş məhv oldu!”  Peyğəmbər - sallallahu aleyhi və səlləm - isə dedi: “Dörd nəfərdən başqa hamını bağışla­yın!” 
    
ət-Tirmizi, 3129, 3421; ən-Nəsəi “Sunənul-Kubra” 11215, 11279; əl-Hakim, 3368. Şeyx əl-Albani isnadının həsən səhih olduğunu bildirmişdir.