əl-Hucurat surəsi 11 – ci ayə

    11.05.2019
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِنْ قَوْمٍ عَسَى أَنْ يَكُونُوا خَيْرًا مِنْهُمْ وَلَا نِسَاءٌ مِنْ نِسَاءٍ عَسَى أَنْ يَكُنَّ خَيْرًا مِنْهُنَّ وَلَا تَلْمِزُوا أَنْفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ وَمَنْ لَمْ يَتُبْ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ

 
“Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır”
 

عَنْ أَبِي جَبِيرَةَ بْنِ الضَّحَّاكِ ، قَالَ : كَانَ الرَّجُلُ مِنَّا يَكُونَ لَهُ الاِسْمَانِ وَالثَّلاَثَةُ ، فَيُدْعَى بِبَعْضِهَا فَعَسَى أَنْ يَكْرَهَ ، قَالَ : فَنَزَلَتْ هَذِهِ الآيَةَ : {وَلاَ تَنَابَزُوا بِالأَلْقَابِ}.

 
Rəvayət edilir ki, Əbu Cubeyra ibn əd-Dahhak (Allah ondan razı olsun) demişdir: “O zamanlar bizdən bəzilərinin iki, yaxud üç adı olardı. Onlar bu adlardan bəzisi ilə çağırıldıqda qəzəb­lə­nər­di­lər. Onların barəsində bu ayə nazil oldu: “Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın” (əl-Hucurat, 11)”.
 
ət-Tirmizi, 3268, 3578; İbn Macə, 3741; əl-Hakim, 3724. əl-Albani, əl-Hakim və əz-Zəhəbi səhih olduğunu bildirmişlər.