əl-Munafiqun surəsi 1 – 8 ci ayələr

    16.05.2019
إِذَا جَاءَكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللَّهِ وَاللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَاللَّهُ يَشْهَدُ إِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ * اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ * ذَلِكَ بِأَنَّهُمْ آمَنُوا ثُمَّ كَفَرُوا فَطُبِعَ عَلَى قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ * وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ وَإِنْ يَقُولُوا تَسْمَعْ لِقَوْلِهِمْ كَأَنَّهُمْ خُشُبٌ مُسَنَّدَةٌ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ هُمُ الْعَدُوُّ فَاحْذَرْهُمْ قَاتَلَهُمُ اللَّهُ أَنَّى يُؤْفَكُونَ * وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا يَسْتَغْفِرْ لَكُمْ رَسُولُ اللَّهِ لَوَّوْا رُءُوسَهُمْ وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُمْ مُسْتَكْبِرُونَ * سَوَاءٌ عَلَيْهِمْ أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ * هُمُ الَّذِينَ يَقُولُونَ لَا تُنْفِقُوا عَلَى مَنْ عِنْدَ رَسُولِ اللَّهِ حَتَّى يَنْفَضُّوا وَلِلَّهِ خَزَائِنُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَكِنَّ الْمُنَافِقِينَ لَا يَفْقَهُونَ * يَقُولُونَ لَئِنْ رَجَعْنَا إِلَى الْمَدِينَةِ لَيُخْرِجَنَّ الْأَعَزُّ مِنْهَا الْأَذَلَّ وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ وَلَكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ

 
“Münafiqlər sənin yanına gəldikləri zaman: "Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!"– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar. Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir! Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar. Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər! Onlara: "Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!"– deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən. Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq adamları doğru yola yönəltməz. Məhz onlar: "Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!"– deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar. Onlar: "Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!"– deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər”
 

عَنْ زَيْدِ بْنِ أَرْقَمَ قَالَ كُنْتُ فِي غَزَاةٍ فَسَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ أُبَيٍّ يَقُولُ لَا تُنْفِقُوا عَلَى مَنْ عِنْدَ رَسُولِ اللَّهِ حَتَّى يَنْفَضُّوا مِنْ حَوْلِهِ وَلَئِنْ رَجَعْنَا مِنْ عِنْدِهِ لَيُخْرِجَنَّ الْأَعَزُّ مِنْهَا الْأَذَلَّ فَذَكَرْتُ ذَلِكَ لِعَمِّي أَوْ لِعُمَرَ فَذَكَرَهُ لِلنَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَدَعَانِي فَحَدَّثْتُهُ فَأَرْسَلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى عَبْدِ اللَّهِ بْنِ أُبَيٍّ وَأَصْحَابِهِ فَحَلَفُوا مَا قَالُوا فَكَذَّبَنِي رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَصَدَّقَهُ فَأَصَابَنِي هَمٌّ لَمْ يُصِبْنِي مِثْلُهُ قَطُّ فَجَلَسْتُ فِي الْبَيْتِ فَقَالَ لِي عَمِّي مَا أَرَدْتَ إِلَى أَنْ كَذَّبَكَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمَقَتَكَ فَأَنْزَلَ اللَّهُ تَعَالَى {إِذَا جَاءَكَ الْمُنَافِقُونَ} فَبَعَثَ إِلَيَّ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَرَأَ فَقَالَ إِنَّ اللَّهَ قَدْ صَدَّقَكَ يَا زَيْدُ

 
Rəvayət edilir ki, Zeyd ibn Ərqam (Allah ondan razı olsun) demişdir: “Döyüşlərin birində mən Ab­dullah ibn Ubey­yin[1] belə dediyini eşitdim: “Allahın Elçisinin ətrafındakı­lara köməklik gös­tərməyin ki, onlar onun ətrafından dağılıb getsin. Əgər biz onu qo­yub Mədinəyə qayıtsaq, izzət və hörmət sahibi olanlar[2] alçaq və zəlil olan­ları[3] (oradan) çıxardacaqlar!” Mən bu sözləri əmimə, yaxud Ömərə dedim, o da bunu Peyğəm­bərə - sallallahu aleyhi və səlləm - çatdırdı. Peyğəmbər - sallallahu aleyhi və səlləm - məni yanına çağırdı və mən eşitdiklərimi ona danışdım. Sonra o, (bu məsələyə aydınlıq gətirmək üçün) Ab­dullah ibn Ubeyyin və onun tərəfdarlarının yanına adam göndərdi. Onlar isə belə bir söz demədiklərini sübuta yetirmək üçün and içdilər. Pey­ğəm­bər - sallallahu aleyhi və səlləm - mənim dediklərimi yalan saydı və onun andını qəbul etdi. (Onun bu qərarı) məni olduqca kədərləndirdi. Mən hələ heç vaxt belə kədərlənmə­mişdim. (Bu hadisədən sonra) mən evə qayıtdım və əmim mənə dedi: “Mən istəmirdim ki, o, sənin dediklərini təkzib etsin və sənə acığı tutsun!” Onda Uca Allah (bu surəni) nazil etdi: “Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şə­ha­dət veririk ki, sən Allahın Elçisisən!”– deyirlər. Allah da bilir ki, sən Onun El­çisi­sən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.” Pey­ğəm­bər - sallallahu aleyhi və səlləm - mənim yanıma bir nəfər göndərib bu ayələri mənə oxuduqdan sonra dedi: “Ey Zeyd, Allah sənin dediklərini təsdiq etdi!”
 
əl-Buxari, 4520, 4900; Muslim, 2772.

 
[1] Abdullah ibn Ubey ibn Səlul münafiqlərin başçısı olmuşdur.
[2] O, bununla özlərini qəsd edirdi.
[3] Bunu deyəndə o, Peyğəmbəri - sallallahu aleyhi və səlləm - və onun əshabələrini nəzərdə tuturdu.