əl-Muddəssir surəsi 1 – 5 – ci ayələr

    20.05.2019
يَا أَيُّهَا الْمُدَّثِّرُ (١) قُمْ فَأَنْذِرْ (٢) وَرَبَّكَ فَكَبِّرْ (٣) وَثِيَابَكَ فَطَهِّرْ (٤) وَالرُّجْزَ فَاهْجُرْ (٥)

 
“Ey libasına bürünüb örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et! Təkcə Rəbbini uca tut! Geyimini təmiz saxla! Pis şeyləri tərk et!”
 

عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ سَأَلْتُ أَبَا سَلَمَةَ بْنَ عَبْدِ الرَّحْمَنِ عَنْ أَوَّلِ مَا نَزَلَ مِنْ الْقُرْآنِ قَالَ {يَا أَيُّهَا الْمُدَّثِّرُ} قُلْتُ يَقُولُونَ {اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ} فَقَالَ أَبُو سَلَمَةَ سَأَلْتُ جَابِرَ بْنَ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُمَا عَنْ ذَلِكَ وَقُلْتُ لَهُ مِثْلَ الَّذِي قُلْتَ فَقَالَ جَابِرٌ لَا أُحَدِّثُكَ إِلَّا مَا حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ جَاوَرْتُ بِحِرَاءٍ فَلَمَّا قَضَيْتُ جِوَارِي هَبَطْتُ فَنُودِيتُ فَنَظَرْتُ عَنْ يَمِينِي فَلَمْ أَرَ شَيْئًا وَنَظَرْتُ عَنْ شِمَالِي فَلَمْ أَرَ شَيْئًا وَنَظَرْتُ أَمَامِي فَلَمْ أَرَ شَيْئًا وَنَظَرْتُ خَلْفِي فَلَمْ أَرَ شَيْئًا فَرَفَعْتُ رَأْسِي فَرَأَيْتُ شَيْئًا فَأَتَيْتُ خَدِيجَةَ فَقُلْتُ دَثِّرُونِي وَصُبُّوا عَلَيَّ مَاءً بَارِدًا قَالَ فَدَثَّرُونِي وَصَبُّوا عَلَيَّ مَاءً بَارِدًا قَالَ فَنَزَلَتْ {يَا أَيُّهَا الْمُدَّثِّرُ قُمْ فَأَنْذِرْ وَرَبَّكَ فَكَبِّرْ}

 
Yəyhə ibn Əbu Kəsir rəvayət edir ki, mən Əbu Sələmə ibn Abdur-Rahməndən Quranda ilk nazil olmuş ayə barəsində soruşduqda o dedi: “Ey libasına bürünüb örtünmüş peyğəmbər!” (əl-Muddəssir, 1) ayəsinin ilk na­zil olmuş ayə olduğunu mənə xəbər verdi. Mən dedim: “Bəs de­yirlər ilk nazil olmuş ayə “Yaradan Rəbbinin adı ilə oxu!” (əl-Aləq, 1) ayəsidir”. Əbu Sələmə dedi: “Vaxtı ilə mən də Ca­bir ibn Abdul­lah­dan bu barədə soruşmuşdum. O mənə belə demişdi: “Mən sənə yalnız Allah Elçisinin - sallallahu aleyhi və səlləm - bizə danışdığı hədisi danışacağam. O, başına gələn hadisəni bizə danışıb dedi: “Hira dağının ya­nın­da olarkən kimsə məni çağırdı. Mən, sağıma və soluma, önümə və arxama bax­dım, lakin heç kəsi görmədim. Sonra yuxarı baxdım və (dəhşətli[1]) bir şey gör­düm. Mən dərhal evə getdim və Xədicəyə: “Üstümü örtün! Üzərimə so­yuq su səpin!”- dedim. Onlar mənim dediklərimi yerinə yetirdikdən sonra bu ayələr nazil oldu: “Ey libasına bürünüb örtünmüş peyğəmbər! Qalx və insanları xəbərdar et!...” (əl-Muddəssir, 1-2)”.
 
əl-Buxari, 4541, 4922.

 
1 Burada Peyğəmbər - sallallahu aleyhi və səlləm - Cəbraili - aleyhissəlam - öz qiyafəsin­də, qanadla­rı ilə üfüqün qarşısını tutduğunu görmüş və dəhşətə gəlmişdir. Əla­və məlumat üçün bax: ən-Nəcm surəsi, 7 və ət-Təkvir surəsi, 23 - cü ayələ­rin təfsiri.