Uşaqlara günah yazılmır, bəs savab yazılırmı?

    25.06.2019
Sual: 
Uşaqlara günah yazılmır,bes savab yazılırmı?
Cavab: 

Salam aleykum. Bəli, uşaqlara etdikləri saleh əməllərə görə savab yazılır. Bir hədisdə rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) ər-Ravha adla­nan yerdə bir dəstə atlı ilə qarşılaşdı. Onlardan: "Kimsiniz?" deyə soruşduqda, onlar: "Müsəlmanıq". deyə cavab verdilər. Sonra: "Sən kimsən?" deyə ondan soruşdular. O: "Allahın Elçisi" deyə cavab verdikdə, bir qadın əlindəki uşağı qaldıraraq: "Buna həcc varmı?" deyə soruşdu? Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Bəli və sənə də savab var!" - deyə cavab verdi". (Səhih Muslim, 1336). Bu hədis göstərir ki, uşaqlar kiçik və ya böyük olmasından asılı olmayaraq etdikləri saleh əməllərə görə savab qazanırlar. Həmçinin, valideynləri və digər onları öyrədən adamlar da onlarla birlikdə savab qazanırlar. Çünki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Xeyir əmələ dəlalət edən, xeyri edən adam kimidir". (Səhih Muslim, 1893). Həmçinin oxuyun: Uşaqların əməlisaleh övlad olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: