Özüm qənaətçil olduğum halda hərdən israfçılıq edənləri görəndə Allaha üsyan edirəm...

    25.06.2019
Kimdən: 
Qenife
Sual: 
Salam.Men cox qenaitçilem.Yoldasimin qazancı ele de çox olmadığı üçün mümkün qədər qenaet edirem.Yəni cibine baxib herrket edirəm. Bunun ucun hec vaxt söz söhbət salmamışam. Usaqlarımı da vara yoxa oyretmisem.Amma etrafimdaki gelinlere baxanda herden üsyan edirem öz özumde.Yoldaslarinin geliri cox olmasina baxmayaraq gereksiz yere bedxerclik edirler.Meselen usagin geyindiyi bir paltar sokulende men tez onu tikib yeniden geyindirirem.Amma o zibil kimi atir..Ve erinin cibindeki pulun miqdarin bildiyi halda bu gun bu alinmaıidi deyib omiqdardam boyuk ne ise teleb edir.Ve istediyini heyata kecirir hec neyi vecine almadan.Men ise eybi yox olmasa olmerik ki, deyib fikirlrsmekden ozumu curutmusem.
Cavab: 
Va aleykum salam. İnsanın Allahın ona lütf etdiyi nemətləri qənaətlə işlətməsi şükür əlamətidir. Bnun əksi isə israfçılıqdır. Qənaət - bir şeyi ehtiyatla, sərfəli və səmərəli işlətmək, onu israf etməməkdir. İnsanın mala qənaət etməsi o malın qədrini bilməsindən və onu dəyərləndirməsindən irəli gəlir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "Həqiqi zənginlik çoxlu sərvətə sahib olmaq deyil, qənaətcil olub gözütox yaşamaqdır". (Muslim, 125). Qənaətçil olmaq möminlərin sifətlərindəndir. Uca Allah möminləri vəsf edərək buyurur: "Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar". (əl-Furqan, 26). İnsan bilməlidir ki, varlılıq və kasıblıq bu dünyada imtahandan başqa bir şey deyildir. Hər insan dünyada müxtəlif şəkillərdə imtahan olunur. Kasıblar səbir, iffət və izzətlə, varlılar isə mal-mülk və sərvət kimi nemətlərlə imtahan olunur. Hər bir varlıdan sərvəti necə qazandığını və nəyə, haralarda sərf etdiyi soruşulacaq. Uca Allah bu barədə buyurur: "Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!" (Təkasur, 8).
Həmçinin, insan dünya işlərində özündən daha kasıb, daha aşağı olanlara baxmalıdır ki, şükr etsin. Bil ki, sənin bəyənmədiyin bir şey başqası üçün nemətdir. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "Sizdən biriniz özünə var-dövlət və (gözəl) bədən quruluşu bəxş edilmiş bir kimsəyə bax­sa, qoy özündən aşağı təbəqədə olan kimsəyə də baxsın." (əl-Buxari, 6490). Siz Allahın əmrinə uyğun olaraq hərəkət edirsiniz və buna görə də savab qazanırsınız. Ona görə də, mükafatını Allahdan istəyərək səbr edin və bu cür davam edin.
Paylaş: