Allah zina etmiş ərli qadının tövbəsini qəbul edib bağışlayarmı?

    25.06.2019
Kimdən: 
İlahə
Sual: 
Allah ərli qadının,zinasını tövbə, etsə bağışlayır? ??
Cavab: 

Va aleykum salam. Etdiyi günahdan asılı olmayaraq sidq ürəklə, səmimi tövbə edəni Uca Allah bağışlayır. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!" (ət-Təhrim, 8). Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "Günahdan səmimi tövbə edən, günah etməyən kəs kimidir". (İbn Məcəh, 4250). Əksinə Uca Allah onun günahlarını savab əməllərlə əvəz edəcək. Əgər insan günah etdikdən sonra peşmançılıq hissi keçirib, etdiyi günaha bir daha qayıtmayacağına söz verərsə və Allahdan bağışlanmağını diləyərsə, Uca Allah onun tövbəsini qəbul edəcəkdir. Uca Allah buyurur: "Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar". (əl-Furqan, 68-71). Daha ətraflı: 
Zina etmiş insan necə tövbə etməlidir?
Zina və ondan necə qorunmaq haqqında
Zina və onun cəzası haqqında

Paylaş: