Universitetə qəbul olmaq üçün dərslərə hazırlaşmağa həvəsimi necə artırım?

    25.06.2019
Kimdən: 
Ahu
Sual: 
Salam menim 1ilim qaldi meketebi bitirmeyime,istediyim yere qebul olmaq istiyirem,namaz qiliram evveller cox calisirdim ama birden nedense hevesim qacdi amma hevesim qacmagina baxmiyaraq helede isteyirem universitete daxil olmaq hevesim yeniden gelmeyi ucun ne ede bilerem?deyirler 700bal yigmaq yalnizca fitri istedadlar ucun bir terefden de deyirler imkansiz hec ne yoxdu xais eliyirem mene tovsiye verin
Cavab: 

Aleykum salam. İnsan gərək həyatda daim ona dünya və Axirətdə faydalı olan şeylərə can atsın və bu yolda zəifləməsin. İlk növbədə bu işdə Allaha təvəkkül etməli daha sonra düzgün səbəblərdən tutmalıdır. Universitetə qəbul olmaq üçün isə düzgün səbəb yaxşı oxumaqdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!)  buyurur: "Allah üçün güclü mömin zəif mömindən daha yaxşı və daha sevimlidir. Onların hər birini də xeyir var. Sənə fayda verən şeylərə həris ol, Allahdan kömək dilə və aciz olma!" (Muslim, 2664). Ona görə də, bu yolda zəifləməyin. Bilin ki, hər çətinlikdən sonra rahatlıq gəlir. Əgər indi bu çətinliyə qatlaşmasanız, ola bilsin ömrünüzün qalan illərində bunun peşmançılığını çəkəsiniz. Lakin əgər 1 il çətinlik çəkib qəbul olsanız, bunun bəhrəsini ömrün boyu görəcəksiniz. Allahdan kömək istəyin. Allah sizi müvəffəq etsin!

Teqlər: 
Paylaş: