Əxlaqa təsir etməyən həzin musiqiyə qulaq asmaq olarmı?

    06.04.2014
Sual: 
Salam aleykum. Bilmək istərdim ki, musiqiyə qulaq asmaq, musiqi bəstələmək olarmi, (söhbət həzin, lirik, psixologiyaya və əxlaqa heç bir təsiri olmayan musiqidən gedir)? Sağ olun.
Cavab: 

Aleykum salam. Aleykum salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qadınların toy mərasimində öz aralarında dəf ilə çalıb oynamasına icazə vermişdir. Digər hallarda isə bunu qadağan etmişdir. "Ümmətimdən elə insanlar olacaqdır ki, ipəyi, içkini və musiqini halal görəcəklər". (Səhih əl-Buxari, 5590).

Paylaş: