Qədir-xum bayramı nə vaxt qeyd olunur?

    03.09.2019
Kimdən: 
zeynneb
Sual: 
salam qedirxum bayrami ne zaman qeyd edilir
Cavab: 

Va aleykum salam. İslamda iki bayram var. Bunlar Ramazan və Qurban bayramlarıdır. Bu iki bayramdan başqa İslamda bayram yoxdur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Məkkədən Mədinəyə hicrət etdikdə, Mədinə əhalisinin (Novruz bayrmı günü ilə Mehracan günü adlandırdıqları) oynayıb əyləndikləri iki günləri var idi. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm): "Bu günlər nədir?" – deyə soruşdu. Mədinəlilər: "Biz (İslamdan əvvəl) cahiliyyət dövründən etibarən bu günlərdə əylənirik" - dedilər. Bunu eşitdikdə Allahın rəsulu belə buyurdu: "Şübhəsiz ki, Allah Təala sizə o iki günün əvəzinə (dünyada və axirətdə) daha xeyirli olan iki bayramı; Qurban və Ramazan bayramını vermişdir". (Əbu Davud, 1134; ən-Nəsai, 1556). Həmçinin oxuyun:

Qədir-Xum bayramı nə deməkdir?

İslam fiqhi: İKİ BAYRAM (Ramazan və Qurban) NAMAZI


Teqlər: 
Paylaş: