Peyğəmbərin həyatından bəhs edən bəzi kitabları yaza bilərsiniz?

    11.11.2019
Kimdən: 
Asim
Sual: 
As Salamu Aleykum. Saytınızdan çox yararlanırıq Allah razı olsun. Mene İslamı anlatan, Peyğemberimizin (s.a.s.) heyatını anlatan hansı dini kitabları meslehet göre bilersiz? İslam alimlerinin görkemli eserlerinin adlarını da qeyd elesez sevinerem. Dini biliyimi daha da artırmağ isteyirem. Hem de meslehet göreceyiniz kitabları yaxınlarımla paylaşmaq isteyirem, dinimizi tanıtmaq isteyirem. Tez cavablandırsaz sevinerem. Allah razı olsun. Allah sizleri cennetle mükafatlandırsın.
Cavab: 

Va aleykum salam. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyatından və peyğəmbərlik yolundan bəhs edən elmə "Sira" elmi deyilir. "Sira" elmindən bəhs edən kitablar çoxdur. Bu kitablardan bəziləri çox geniş, bəziləri isə müxtəsərdir. Yaxşı olar ki, yeni başlayan əvvəlcə müxtəsər kitablardan oxusun. Həmçinin "Sira" kitablarından çox az bir hissəsi ana dilimizə tərcümə edilmişdir. Bu kitablardan bəzilərini qeyd edirik:

Kitabın adı

Müəllifi

Qeyd

  1. “Sira ən-Nəbəviyyə” (Peyğəmbərin həyatı)
Muhəmməd ibn Əhməd əz-Zəhəbi
(673 - 748 hicri / 1274 - 1348 miladi) 

Əhatəli şəkildədir

  1. “Sira ən-Nəbəviyyə” (Peyğəmbərin həyatı)

Əbul Fidə İsmail ibn Kəsir

(700-774 hicri / 1300-1372 miladi)

Ətraflıdır, ana dilimizə tərcümə olunub

  1. “Sira ən-Nəbəviyyə” (Peyğəmbərin həyatı)

Abdul-Məlik ibn Hişam

(218 hicri / 833 miladi vəfat etmişdir)

Əhatəli şəkildədir.

  1. “Sahih Sira ən-Nəbəviyyə” (Peyğəmbərin həyatı barədə səhih hədislər)

Əkrəm Ziya əl-Öməri (müasir) 

Müxtəsərdir

  1. “Ər-Rahiq əl-Məxtum”

Safiyur-Rahmən əl-Mubərakfuri (müasir)

Müxtəsərdir, ana dilimizə tərcümə olunub

Paylaş: