Nəyə görə insan mütləq evlənməlidir?

    21.10.2019
Sual: 
Salam. 1)Nəyə görə insan mütləq evlənməlidir ki? Ömürlük subay olmaq günahdır? 2) insanlar niyə çoxalırlar ki? Yani niyə nəsil artırırlar? Bu nəyə görə lazımdır? Xahiş edirəm bu suallarıma gecikmədən cavab verərdiz.
Cavab: 

Və aleykum Salam.
1. Uca Allah öz hikməti və mərhəməti sayəsində insanı müəyyən tələbatlara ehtiyaclı şəkildə yaratmışdır. İnsan aclıq, geyinmək kimi maddi ehtiyaclarını təmin etməklə yanaşı ona verilən şəhvət hissinin ehtiyacını ödəməlidir. Bunun üçün ən düzgün və təmiz yol evlilikdir. Evlilik kişi ilə qadın arasında Allahın qoyduğu qaydalar çərçivəsində olan bağlılıqdır. İslam dinində evlənmək ibadət sayılır. Ailə quran müsəlmanın həyatı daha xeyirli, ibadəti isə kamil olur. Nikah bağlanmadan kişi və qadının intim münasibətləri dinimizdə haram və böyük günah sayılır. Bu səbəbdən müsəlman nikah bağlamaqla ilk növbədə özünü haramdan qoruyur. Çünki şeytan insana əsasən iki yolla - birincisi, şəhvət hissi ilə, ikincisi isə şübhəyə salmaqla azdırmağa çalışır. Şeytanın şəhvət qapısını məhz evlənməklə bağlamaq olar. Bu səbəbdən Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "İnsan evləndikdə dininin yarısını tamamlamış olur. Qoy yerdə qalan yarısına görə də Allahdan qorxsun". (Səhihut-Tərğib, 1916).
Başqa bir rəvayətdə isə belə deyilir: "Allah kimə əməlisaleh qadın nəsib etmişsə, artıq dininin yarısını tamamlamaqda ona yardım etmişdir". (Mustədrək əl-Hakim).
Şeytanın şübhə qapısını isə elm almaqla bağlamaq olar. Evlənməyin hökmü insanın maddi və fiziki halından asılı olaraq fərqlənir. Belə ki, evlənmək fiziki və maddi imkanı olan hər bir kəsə vacibdir. Lakin bəzən insan xəstəlik və ya başqa bir səbəbdən evlənməyə çətinlik çəkə bilər. Əgər üzürlü səbəbdən evlənmirsə, bu onun üçün günah sayılmır. 
2. Evlilik səbəbilə nəsil artıraraq çoxaltmaq Uca Allahın əzəldən yaratdığı təbii xüsusiyyətdir. Evlilik insanı tənhalıqdan xilas edir, qəlbə rahatlıq verir, insanların namusunu qoruyur, ailələr arasında mehribanlığa səbəb olur, eləcə də cəmiyyətə və bütövlükdə millətə böyük faydalar verir. Həmçinin oxuyun:
Nikah bağlamağın qaydaları
Ailə qurmağın günah olması fikri doğrudurmu?

Teqlər: 
Paylaş: