Yezidə lənət oxumaq olarmı?

    18.11.2019
Kimdən: 
namiq
Sual: 
yezitə lənət oxumaq olarmı bəzi isnsanlar lənət oxuyurlar ona görə maraqlanmaq isdədim
Cavab: 

Əssələmu aleykum. Əksər İslam alimləri Yezidin hökmdar olduğunu, özünə layiq yaxşı və pis işlər gördüyünü, kafir olmadığını, Hüseynin ölümündə günahkar olduğunu, Mədinə əhlini amansızcasına qırdığını, nə səhabə, nə də ki Allahın sevimli əməlisaleh qullarından olduğunu deyir. Bu alimlər onun nə lənətləyir, nə də sevirlər. İmam Əhməd ibn Hənbəlin oğlu Saleh demişdir: “Bir dəfə mən atama dedim ki, bəzi adamlar Yezidi sevdiklərini söyləyirlər. Atam dedi: “Oğlum! Heç Allaha və Axirət gününə iman gətirmiş adam Yezidi sevə bilərmi?!” Dedim: “Atacan! Bəs niyə onu lənətləmirsən?” Dedi: “Oğlum! Sən heç mənim kiməsə lənət oxuduğumu görmüsənmi?!” Digər rəvayətdə deyilir ki, o, atasından Yezid barəsində soruşduqda atası demişdir: “Yezid Mədinədə çox günahlar işlətmişdir”. Oğlu ondan: “O, nələr etmişdir?” - deyə soruşduqda o, demişdir: “O, Peyğəmbərin neçə-neçə səhabəsini qətlə yetirmişdir.” Oğlu: “Ondan hədis rəvayət etmək olarmı?” - deyə soruşduqda, o: “Xeyr, ondan hədis rəvayət etmək olmaz” - deyə cavab vermişdir. Əbu Muhəmməd əl-Məqdisidən Yezid barəsində soruşduqda o demişdir: “Düşünürəm ki, onu nə söymək olar, nə də lənətləmək”. (Məcmu əl-Fətəva, 4/295). Bu, həqiqətən də, orta mövqedir.

Müsəlman heç bir fərdə lənət oxumamalıdır. Əgər lənət oxumağı labüd sayırsa, onda Allahın Quranda buyurduğu kimi ümumi şəkildə: Allahın lənəti olsun zalımlara! (əl-Əraf, 44) və ya Allah kafirlərə lənət eləsin! (əl-Bəqərə, 89) – deyə bilər. Ümumiyyətlə lənət haqqında bu cavabları oxuya bilərsiniz:

 
Paylaş: