Ölən insanın ildönümü münasibətilə kəsilən əti yemək olarmı?

    20.01.2020
Kimdən: 
Miray
Sual: 
Salam.Bir ölünün ildömü ile bağlı et paylandı.bu eti yemek olarmı?bidet deyilmi?
Cavab: 

Va aleykumus-sələm.

İslam dinində ölən insanın ildönümünü qeyd etmək yoxdur. Bu əməl bidətdir (dində yenilikdir) və bu əməldə iştirak etmək, yardım etmək qadağandır. Nə Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) nə də onun səhabələri (Allah onlardan razı olsun) ölən adam ən yaxınları və əzizləri olsa belə onlar üçün ildönümü qeyd etməmişlər. Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) sağlığında ən çox sevdiyi əmisi Həmzə, zövcəsi Xədicə, 3 qızı, 3 oğlu dünyasını dəyişmişdir. Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) onlar üçün ildönümü qeyd etməsi sabit olmamışdır. Bu səbəbdən ən doğru yol Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) tabe olmaqdır və onun etmədiyi əməlləri tərk etməkdir. Uca Allah buyurur: "De: “Əgər siz Allahı se­vir­sinizsə, mənim ardımca gə­lin ki, Allah da, sizi sevsin və günah­la­rı­nızı bağışlasın. Allah çox bağışla­yandır, rəhmlidir."" (Ali-İmran, 31). Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bidətləri qadağan edərək demişdir: "...Ən xeyirli kəlam Allahın Kitabı və yolların ən xeyirlisi Muhəmmədin yoludur. İşlərin ən şərlisi (dində) edilən yeniliklərdir (bidətlər) və şübhəsiz ki, hər bir yenilik zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır". (Muslim, İmam Əhməd, 1/ 435). O həmçinin demişdir: "Bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edənin əməli rədd olunur" (Səhih əl-Buxari, 2697).
"(Qiyamət günü) Ha­­mı­dan əvvəl Hovuzun başına gələn kəs mən olacağam. Sonra mənim yanımdan keçən kimsə ho­vuz­­dan su içər, on­dan içən isə əsla susamaz. Onda yanıma mənim tanıdığım və məni tanıyan bir qövm gələcəkdir. Sonra onları məndən ayıracaqlar. Onda Mən: "Onlar mənim ümmətimdəndirlər" - deyəcə­yəm. Mənə belə de­yi­ləcək: “Sən bilmirsən, onlar səndən sonra nə ye­niliklər ediblər" Və mən: "Məndən sonra yeniliklər edənlər məndən uzaq olsun­lar” - deyəcəyəm". (Buxari, 6583; Muslim, 2290). Bu hədislər dində yenilik etməyin böyük günah olduğunu göstərir.

Həmçinin Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) etmədiyi bir əməli etmək və bunun yaxşı əməl olduğunu görmək Peyğəmbəri (Allahın ona salavatı və salamı olsun) dini tam çatdırmamaqda ittiham etmək deməkdir. İmam Malik (Allah ona rəhmət eləsin) demişdir: "Kim dində bir yenilik edərsə və bunun yaxşı əməl olduğunu deyərsə, artıq Muhəmmədi risalətə (dini çatdırmağa) xəyanət edtiyini iddia etmiş olar. Çünki Uca Allah buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim" (əl-Maidə, 3). Peyğəmbərin dövründə dindən olmayan əməllər bu gün də dindən sayıla bilməz" (əl-İtisam, 1/28). 

Bu cür bidət məclislərdə və mərasimlərdə kəsilən ətlərə gəlincə, əgər Allah üçün kəsilmişsə bu ət halaldır. Lakin paylandığı zaman götürməmək lazımdır və paylayan insana imkan daxilində bu əməlin dində yenilik və bidət olduğu izah edilməlidir. Çünki bidət mərasimlərdə paylanan yeməkləri qəbul etmək razılıq əlaməti sayılır və bu əməlin doğru olması anlamına gəlir. Bu əməli edən insan da etdiyi əməlin yaxşı olduğunu zənn edərək öz əməlində davam edəcək. Bundan daha da şiddətlisi bu məclislərdə iştirak etməkdir. Bu səbəbdən əgər sizə belə bidət məclislərdə hazırlanan yemək gəlsə onu qəbul etməyin və imkan daxilində bu əməlin qadağan olmasını izah edin. Şəriətə zidd olan bayramlarda bişirilən yeməklərin və kəsilən ətlərin hökmü də eynidir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: