Qadın ərinin halallığını necə ala bilər?

    09.02.2020
Kimdən: 
Reyyan
Sual: 
Salam aleykum.xais edirem sualimi cavablandirin.Bir tandigim xanim gunah edib ve xetalar edib erinin hakkina girib.ve xanm erinden halalliq alir oda halalliq vermir..bu xanim bunun ucun ne ede biler?yoldasinin inamini nece qazana biler?
Cavab: 

Va aleykumus-sələm. Allahın haqqından sonra qadın üzərində olan ən böyük haqq ərin haqqıdır. Quran ayələri və hədislər dəlalət edir ki, evli qadının üzərində valideynlərindən daha çox ərinin haqqı var. Uca Allah buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər" (ən-Nisa, 35). İbn Kəsir bu ayənin təfsirində demişdir: "Yəni kişi qadın üzərində hakimdir, onun böyüyüdür və başçısıdır. Qadın yolundan çıxdıqda, onu tərbiyə edəndir". Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Allahdan qeyrisinə səcdə etmək icazəli olsaydı, qadına ərinə səcdə etməsini əmr edərdim". (İbn Məcəh, 2/1852). əl-Huseyn ibn Mihsandan rəvayət olunur ki, bir dəfə onun bibisi bir işlə əlaqədar Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldi. İşini həll etdikdən sonra Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ondan soruşdu: "Sən evlisənmi?" Qadın: "Bəli" - deyə cavab verdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdu: "Ona qarşı necə davranırsan?" Qadın dedi: "Bacardığım qədər qulluğunda dururam". Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Bil ki, (haqqını ödədədiyin təqdirdə) o sənin ya Cənnətin, ya da (haqqını ödəməsən) Cəhənnəmindir" (Əhməd, 19025). Bu mənada hədislər çoxdur və bu hədislər qadının ərinə itaətinin, onun malını və namusunu qorumasının vacibliyinə dəlalət edir. Bu səbəbdən sizə ərinizlə halallaşmağı və bunun üçün cəhd etməyinizi tövsiyə edirik. Əgər özünüz bacarmasanız bu zaman ərinizin hörmət etdiyi və sözünü eşitdiyi qohumları cəlb edə bilərsiniz. Həmçinin Allaha dua edin və ərinizin qəlbində sizə qarşı sevgi yaratmasını və yumşaltmasını diləyin. Çünki qəlblər Uca Allahın barmaqlarından ikisinin arasındadır istədiyi kimi çevirər. Həmçinin oxuyun: Ərimin xətrinə dəymişəm, nə edim ki, məni bağışlasın?

Teqlər: 
Paylaş: