Anamın başqa biri ilə münasibətdə olduğunu zənn edirəm, nə edim?

    09.02.2020
Sual: 
Salam Aleykum! Allah məni bağışlasın amma dini savadım imkan vermir ki ozum düzgün addim atim.Men anamın hansısa bir kişi ile günah münasibətindən şübhə edirəm.Atam 10 ildir rehmete gedib. Daha evvel anamin bir kişi ile munasibeti olduğunu,hetta atam sağ olarken ona xeyanet etdiyini aşkar edib hemin adami möhkəm cezalandirmisam. O gunden bu yana iller keçib ancaq her hadisede anama şübhə edirəm. Indi bir hadise olub ve dusunuremki anam yene kiminlese munasibetdedir. Anadir,basqa anam yoxdur amma ne edeceyimi bilmirəm. Cezalandira bilmirem, artig iyrenirem. Xahiş edirəm bir yol gosterib,dinimiz bele hallarda ne məsləhət görür? men ne etmeliyem?
Cavab: 
Va aleykum salam. Hər şeydən əvvəl bilməlisiniz ki, bir kəsi zinada ittiham etmək çox ağır və məsuliyyətli məsələdir. Bu ittihamı kiməsə aid etmək üçün açıq-aydın dəlillər olmalıdır. Sadəcə zənn ilə və ya yəqin bilmədiyiniz bir şeyə əsasən belə qənaətə gəlməyiniz şəriətə uyğun deyil. Ürəyinizə gələn fikirlər şeytanın vəsvəsələri də ola bilər. Bu səbəbdən İslam dini bir kəsə zinakar hökmü verərəkən çox ciddi şərtlər qoymuşdur. Belə ki, dörd nəfər şahid zina edən kişi və qadının münasibətdə olduqlarını görməlidir. Əksinə, Uca Allah dəlilsiz-sübutsuz kimisə zinada ittiham edənləri şiddətli əzabla hədələyərək buyurur: "Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir". (ən-Nur, 23).
Əgər dediklərin doğru olsa belə, bu halda sizin üzərinizə düşən ananızı bu çirkin əməldən gözəl şəkildə çəkindirmək və etdiyi əmələ görə onu tövbə etməyə çağırmaqdır. Ona tövbə etməyində yardım etməlisiniz, onu namaza, Allaha itaətə çağırın. Çünki, həqiqətən namaz, insanı günahlardan təmizləyir. Həmçinin, onun mömin qadınlarla ünsiyyətdə olmasına çalışın. Bunun məsuliyyəti sizin üzərinizə düşür. Əgər dediyiniz doğrudursa, o zaman ananız böyük təhlükədədir. O, Allahın qəzəbinə düçar ola bilər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6).
Habelə, bilməlisiniz ki, ananız günah əməllər və səhvlər etmiş olsa belə, yenə də analıq haqqı sizin üzərinizdə qalır. Onunla gözəl rəftar etməli, mülayim davranmalı və ona qarşı kobudluq etməməlisiniz. Onun günah etməsi sizin onunla sərt davranmağınıza əsas vermir. Hədisdə rəvayət olunur ki, "Bir nəfər Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gəldi və cihada getməsi üçün ondan icazə istədi. O, (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Valideynlərin sağdırmı? O dedi: "Bəli". Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Elə isə get onlara yaxşılıq etməklə cihad et!" (Səhih əl-Buxari, 2842; Səhih Muslim, 2549).
Həmçinin ananız üçün dua edin, Uca Allahdan onun islah olunmasını diləyin Həqiqətən Allah Eşidəndir, Biləndir! Həmçinin oxuyun:
Paylaş: