İnsan yarananda hansı dində olur?

    09.04.2014
Sual: 
Salam aleykum. İnsan yarananda hansi dinde olur? Bashqa dinden olanlar yaxshi emeller ishleseler, ancaq ibadet ehli olmasalar, cennete gire bilerlermi?
Cavab: 

Aleykum salam. İnsan doğulanda onun fitrəti (təbiəti, yaradılışı) islam dini üzərində olur. Sonradan valideyinləri onu ya xristian, yəhudi, ya da atəşpərəst edirlər. Bu barədə Peyğəmbərimiz (salləlllahu aleyhi və səlləm) belə buyurur: "Hər bir insan islam üzrə doğulur, lakin sonradan valideyinləri onu ya nəsrani, yəhudi və ya məcusi edirlər". (əl-Buxari, 3/219, №: 1358; Muslim, 4/2047, №: 2658).
Muhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) gəlişi ilə bütün dinlərin hökmü ləğv edilmişdir. Allah Təala başqa din sahiblərinin əməllərini qəbul etməyəcək və onları Cənnətə daxil etməyəcək. Allah Təala buyurur: "İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar". (Ali İmran, 85).

Paylaş: