Ərim mənə zülm edir, nə edə bilərəm?

    24.02.2020
Sual: 
Salam heyat yoĺdaşım mene zülm edir özüde namaz ehlidir hamıya öyüd nesihet verir ama mene Allahda bilirki haqsızlıq edir döyür söyür haqqıma girir 3 evladım var valideynkerim rehmete gedib Allaha and olsunki aile kimi ona ç7x gözel aile olmuşam hamı bilir bu insanı razı salmaq mümkün deyil men bele melek cildinde şeytan görmemişem dözülmez veziyyetdeyem Allah bilir ne edim xaiş edirem cavablandırın
Cavab: 
Və aleykum Salam. Sözsüz ki, ərinizin sizə qarşı belə davranışı İslama ziddir. Mömin insan ilk növbədə ailəsi ilə gözəl rəftar etməlidir. Uca Allah kişilərin öz xanımları ilə gözəl münasibətdə olmasını vacib buyurmuşdur: "Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". (ən-Nisa, 19). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Sizin ən xeyirliniz öz ailəsinə qarşı xeyirli olanınızdır". (ət-Tirmizi, 3892). Lakin, sizin üzərinizə düşən səbir etmək və ailənin dağılmasına imkan verməməkdir. Əgər əriniz sizin sözününzü dinləmirsə, o halda yaxın qohumlardan ərinizə nəsihət edəcək və ərinizin də onun sözünü qəbul edəcək şəxslərə müraciət edin.  Uca Allah buyurur: "Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdardır". (ən-Nisa, 35). Bununla belə ərinizin islah olunması üçün Allaha dua edin. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: