Müsəlmanın qalası kitabçasındakı yuxudan oyanarkən edilən zikrlərinin hamısını deyil, bir neçəsini oxumaq olarmı?

    24.02.2020
Kimdən: 
Sənan
Sual: 
Salam aleykum rahmatullahi və bərəkətuh. Allah elminizə bərəkət versin. iki sualım var. 1. Quran mushafini erebce veya tercümesini oxumadan əvvəl her hansı bir dua veya zikr var deyiləcək? 2. Müsəlman qalasında (kiçik kitab) müəyyən dua və zikrlər var. Məsələn səhər oyandıqda edilən zikrlər 4 dənə qeyd olunub. Bu 4-nü də demək lazımdır? Yoxsa her hansı birini veya bir neçəsini deməklə, hətta qayda qoymamaq şərti ilə məsələn bu gün ilk ikisini sabah o biri ikisini (təsadüfü seçərək) demək olar? Həmçinin bu sual səhər axşam zikrləri üçün də cavablandırılsa sevinərəm. Öncədən təşəkkürlər. Salam aleykum və rahmatullah
Cavab: 

Va aleykumus-sələm va rahmətullahi va bərakətuhu. 

1) Quran kitabını (mushafı) oxumağa başlayarkən xüsusi bir dua yoxdur. Sadəcə oxumamışdan əvvəl məlun şeytanın şərindən Allaha sığınaraq "əuzu billəhi munəş-şeytanir-racim" demək lazımdır. Uca Allah bu xüsusda buyurur: "Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın! Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur" (ən-Nəhl, 98-99). Həmçinin Quran oxuyarkən dəstəmazlı olmaq bəyənilir. Əlavə olaraq oxuyun:

 
2) "Müsəlman qalası" kitabında gələn dualar müxtəlif vaxtlar və yerlər üçündür. Bəzi hallarda varid olan duaların hamısını demək olar. Məsələn səhər-axşam zikrlərində, habelə səcdədə və rükuda deyilən zikrlərdə varid olan duaların hamısını da demək olar, həmçinin bir-iki və ya bir neçəsini də demək icazəlidir. Lakin bəzi hallarda məsələn "istiftah" (namazı açılış) üçün deyilən dualardan yalnız birini demək lazımdır. Bunu müəyyən etmək üçün hədisə əsasən duanın varid olduğu halı və yeri nəzərə almaq lazımdır. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: