Rovzə oxumaq günahdır?

    12.03.2020
Kimdən: 
Şükür
Sual: 
Xanim roze oxuyarken sesin namahrem eşiderse bu haramdir.?
Cavab: 

Əssələmu aleykum. Əvvəla bunu qeyd edək ki, rozə demək İslam dininə müxalif bir əməldir. Rozə dedikdə ölü üçün ağlayaraq onun gözəl xüsusiyyətlərini xatırlamaq və insanları kədərləndirmək nəzərdə tutulur. Rozəyə camaat arasında həmçinin mərsiyə də deyirlər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Üz-gözünə döyən, pal­ta­rı­nın yaxasını cıran və cahiliyyət dövründə deyilən sözləri deyən kimsə biz­dən deyildir". (əl-Buxari, 1294). "Kimin üçün vay-şivən salıb ağlasalar, buna görə ona əzab verilər". (əl-Bu­xari, 1291).

Bu əməli etmək günah sayılır, əgər rozə qadın tərəfindən deyilirsə və onun səsini naməhrəm kişilər eşidirsə, bunun günahı daha da böyükdür. Rozə deyən qadın həm dinə müxalif olan bir əməl etdiyinə görə, həm də naməhrəmə səsini eşitdiyinə görə günah yazılır. Bəzi insanlar rozə deməklə bərabər əzadarlıq da edirlər. Bu isə başqa bir günahdır. Bu barədə daha ətraflı oxuyun:

Paylaş: