Ərim namaz qılmırsa, onunla yaşamağım doğrudurmu?

    12.03.2020
Kimdən: 
Rumiyyə
Sual: 
Esselemu aleykum,mene meslehet verin,menim heyat yoldasim namaz qilmir,başa salsamda vecine deyil.Men çox seyxlere qulaq asıram,islamda güclü alimlerin fitvalarini getirirle,bezi deyiler qilmayan kafir,bele erle yaşamaq haram...nigah sayılmır, bezisi icaze verir.Bu fikir meni çox narah edir.Nigah olduqunu bilmirem,çünki demişdi"mollaya deyecem kesecek"valideynlerimin xeberleri olmib.usaqlara terbiyye vermir.İslamda övladları nece boyude bilerem ki?
Cavab: 
Va aleykumussələm. Əvvəla Uca Allahdan sizə dində sabit qalmağı diləyirik. Uca Allah ərinizə hidayət versin və onun qəlbini namaz qılması üçün genişlətsin. Namazın vacibliyini inkar etməyən və səhlənkarlıq ucbatından namaz qılmayan insan mötəbər İslam alimlərinin doğru rəyinə əsasən müsəlman sayılır. Əgər əriniz namazın vacibliyini inkar etmirsə, sadəcə səhlənkarlıq və tənbəllik səbəbindən namaz qılmırsa, o müsəlmandır və sizin nikahınız doğrudur.
O ki, qaldı kəbin məsələsinə, əgər siz atanızın izni ilə nikah qurmusunuzsa, demək ki, nikahınız düzgündür. Əgər əriniz kəbin kəsdirməyi öz öhdəsinə götürmüşsə, bu məsələdə siz cavabdeh deyilsiniz. 
Övladların İslam tərbiyəsi ilə tərbiyələnməsinə gəlincə, əgər əriniz bu işdə səhlənkarlıq edirsə, bu işlə özünüz məşğul olun. Övladlarınıza İslamın əsaslarını, İmanın şərtlərini, kəlmeyi-şəhadətin mənasını, Peyğəmbərin və onun əshabələrinin həyatını və s. bu kimi məlumatları öyrədin. Həmçinin namazın sözlərini və namaz qılmaq qaydasını öyrədin. Əgər övladlarınıza namazı öyrətmiş olsanız, gələcəkdə onların qıldıqları hər namaza görə sizə savab yazılacaq. Bununla belə onların öz savabları da azalmayacaq. Bu baxımdan İslam alimləri belə demişlər: Çalışın övladlarınıza namaz qılmağı sizdən başqası öyrətməsin. 
Həmçinin, ərinizə gözəl şəkildə nəsihət etməkdə davam edin. Dua edərək Allahdan kömək istəyin. Çünki qəlblər Allahın əlindədir, hidayət Allahdandır. O, istədiyini doğru yola yönəldir. Həmçinin oxuyun:
Namaz qılmayana kafir demək olarmı? 
Teqlər: 
Paylaş: