Dəccaldan qorunmağın yolları

    06.04.2014

      Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə yaxın vaxtda çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. O bir sıra fövqəladə əməllər edəcək və Allahlıq iddiasında olacaq, lakin onun etdikləri möminlərə təsir etməyəcək. Məkkə ilə Mədinədən savayı hər yerə gedəcək, onun cənnəti və cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət olacaq. Abdullah ibn Ömər demişdir: 
“Peyğəmbər camaatın arasında ayağa qalxıb Allaha – Ona layiq tərzdə təriflər dedikdən sonra dəccalı yada salıb dedi: “Mən sizi ondan xəbərdar edib çəkindirirəm. Elə bir peyğəmbər olmamışdır ki, ümmətini ondan çəkindirmiş olmasın. Nuh da öz ümmətini ondan çəkindirmişdir. Lakin mən dəccal barəsində sizə elə bir söz deyəcəyəm ki, onu heç bir peyğəmbər öz ümmətinə deməmişdir. Bilin ki, o, təkgözdür. Allah isə təkgöz deyildir.” (Səhih əl-Buxari, 3057).
Həmçinin demişdir: “Məsih Dəccal alçaqboylu, əyriayaq, buruqsaç, tək­göz – gözü də sür­­tülmüş, nə domba, nə də batıq olan bir kişidir. Əgər çaşbaş qalsanız (onun kim olduğunu ayırd edə bilməsəniz,) bilin ki, Rəbbiniz təkgöz deyildir” (Əbu Davud, 3763). Ona Məsih Dəccal deyilməsinin səbəbi məhz bir gözünün sürtülmüş olmasına görədir. Məsih sözü sürtülmüş, məsh edilmiş deməkdir. 
Həmşinin demişdir: “...Sonra dönüb qar­şım­da qır­mı­zıdərili, cüssəli, buruqsaç və sağ gözü kor olan birisini gördüm. Onun gö­zü sanki domba üzüm dənəsi idi. Mən soruşdum: “Bu kimdir?” De­di­lər: “Bu, Dəc­caldır!..” (Səhih əl-Buxari, 3441).
Həmçinin demişdir: “Dəccalın iki gözü arasında "kəf, fə, ra" yəni kafir sözü yazılıb. Oxu­mağı bacaran və bacarmayan hər bir müsəlman onu oxuyacaq” (Səhih Muslim, 2933).
Həmçinin demişdir: “Dəccal zühur edəcəyi zaman onun yanında su və od olacaq. İn­san­lar nəyi od zənn edəcəklərsə, əslində, bu, sərin su olacaq. Nəyi sərin su zənn edəcəklərsə, o, yandırıb-yaxan bir od olacaq. Sizlərdən kim o vaxta qə­dər yaşasa, od zənn etdiyi şeyin içinə girsin. Həqiqətdə, o, şirin və sərin bir su olacaq” (“Səhih əl-Buxari”, 3450).

Dəccaldan qorunmağın yolları

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - namazda dua edib deyərdi: “Allahummə inni əuzu bikə min əzabil-qabri və min əza­bin-nari və min fitnə­til-məhyə vəl-məmati və min fitnətil-məsihi­d-dəccal. (Allahım! Qəbir əza­bından, Cəhənnəm əza­bından, həyatın və ölümün fitnəsindən və mə­si­hid-dəc­calın fitnəsin­dən Sənə sığınıram!)” (Səhih əl-Buxari, 1377).
Peyğəmbər demişdir: “Kim "əl-Kəhf" surə­sinin əvvəlindəki on ayəni əzbərləsə, bu onu Dəccalın fitnəsindən qoruyar” (Səhih Muslim, 1919).
Digər rəva­yətdə isə belə demiş­dir: “Kim "əl-Kəhf" surəsinin axırındakı on ayəni oxuyarsa, bu onu Dəccalın fitnəsindən qoruyar” (Səhih Muslim, 1920).
 
 
 

Paylaş: