Toy zalında işləmək olarmı?

    02.04.2020
Sual: 
Essalamu aleykum. Toy zalında işlemek olar? Men rejissora işleyirem amma günah var?
Cavab: 

Aleykum salam. Əgər toy zalında keçirilən toylar şəriətə uyğudursa, yəni şpirtli içki və musiqi kimi şəriət tərəfindən haram olunmuş şeylər yoxdursa, bu toy məclisində işləmək olar. Əksinə əgər toy məclislərində spirtli içkilər və musiqi olarsa, belə toy məclislərində işləmək qadağandır, çünki siz onlara bu haram işlərdə yardım etmiş sayılırsınız. Uca Allah buyurur: "...Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Daha ətraflı: Toyda ofisiant işləmək barədə

Paylaş: