Bilmədən donuz əti yemişəm. Bunun mənə günahı varmı?

    11.04.2014
Sual: 
Salam aleykim. Menim sualim beledir. Men donuz eti yemirem. Bu yaxlnlarda meni aldadib mene mal eti adinan donuz eti yedizdiribler. Bunun mene gunahi varmi?
Cavab: 

Və aleykum Salam. Bunun sizə heç bir günahı yoxdur. Çünki bu bilərəkdən baş verməmişdir. Uca Allah buyurur: "Səhvən (bilmədən, qəsdisiz) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5). Lakin, biləndən sonra ki, bu donuz ətidir və ya yeyəcəyiniz kolbasanın içində donuz əti və piyi var, yesəniz günah qazanırsınız. Həmçinin oxuyun: Donuz əti niyə haramdır?

Teqlər: 
Paylaş: