Toyuq kəsərkən dilini çölə çıxarmaq lazımdırmı?

    15.04.2020
Kimdən: 
Rəşad
Sual: 
Salam zəhmət olmasa mənə heyvan və quş kəsimini izah edərdizdə eşidiyimə görə toyuqu kəsərkən onun dilini çölə çıxarmaq lazımdır bu düzdür ya yox birdəki qadın toyuq və ya heyvan kəsə eşitdiyimə görə ərli qadın kəsə bilməz yalnız ərsiz qadın kəsə bilər əvvəlcədən təşəkkür edirəm
Cavab: 

Aleykum salam. İstər quş, istər mal-qara olsun, heyvanların kəsilmə qaydası eynidir. Şəriətə görə əsas qayda Allahın adını çəkmək ("Bismilləh" demək) və heyvanın boğazını (nəfəs və qida boruları ilə iki şah damarını) kəsməkdir. Heyvanı qibləyə çevirmək müstəhəbdir. Toyuğu kəsərkən dilinin çölə çıxarılması barədə şəriətdə hər hansı bir məlumat bildirilməmişdir. Şəriət qadınların heyvan kəsməsini qadağan etmir. Bu məsələdə subay qadınla evli qadın arasında heç bir fərq yoxdur. Həmçinin oxuyun:

Toyuğu kəsərkən dilini çölə çıxarmaq vacibdirmi?

Teqlər: 
Paylaş: